Ötən ilin ikinci yarısında tənəzzül gözləntilərinə baxmayaraq, "Avrozona"da işsizlik rekord səviyyəydə azalıb.
İndex.az xəbər verir ki, "Eurostat"ın məlumatına görə, noyabr ayında "Avrozona"da işsizlik səviyyəsi 6,5%-dən 6,4%-ə düşüb.
"Avrozona"da gənclər arasında işsizlik səviyyəsi isə 14,8%-dən 14,5%-ə enib.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada işsizlik nisbəti 3,1%, Fransada isə 7,2% olub.
"Avrozona"da işsizlik nisbətinin ən yüksək olduğu İspaniyada bu nisbət 11,9%-ə enib.
