"Avrozona"da iqtisadi inam ardıcıl olaraq üçüncü ayda da yaxşılaşıb.
İndex.az xəbər verir ki, Avropa Komissiyasının açıqladığı məlumatlara görə, "Avrozona"da iqtisadi inam indeksi dekabrda 96,4-ə yüksəlib.
Bu, may ayından bəri qeydə alınmış ən yüksək səviyyədir.
İstehlakçı İnamı mənfi 15.1-dən mənfi 15-ə yüksəldilib.
Buna baxmayaraq, aqressiv monetar sərtləşdirmə, Çində zəif artım və enerji böhranı Avrozona iqtisadiyyatına mənfi təsir göstərdi.
