"Avrozona" 2023-cü ilin son rübündə qeydə alınan zəif göstəricilərdən sonra tənəzzülün astanasında idi.

İndex.az xəbər verir ki, İtaliya və İspaniyada artım rəqəmləri gözləntiləri aşsa da, Avropanın ən böyük iqtisadiyyatı Almaniyada ötən ilin son rübündə geriləmə müşahidə olunub.

Belə ki, "Avrozona" iqtisadiyyat ötən ilin üçüncü rübündə 0,1% azalıb.

Bu isə "Avrozona" iqtisadiyyatını birbaşa olaraq tənəzzülə sürükləyirdi.

Buna baxmayaraq dördüncü rübdə proqnozlara uyğun olaraq illik 0,1% artım müşahidə olunub.

"Avrozona"nın 2-ci ən böyük iqtisadiyyatı olan Fransa da, 2023-cü ilin oktyabr-dekabr dövründə inkişaf edə bilmədi.

Fransada inkişaf üçün yeganə müsbət töhfə ticarətdən gəldi.

Belə ki, idxal kəskin azaldı və 2023-cü ildə iqtisadiyyat 0,9% artdı.

Analitiklərin fikrincə, ölkə iqtisadiyyatının 2024-cü ildə sürətlə bərpası gözlənilmir.

Çünki inflyasiyanın ev təsərrüfatlarına təsiri azala bilsə də, davam edəcək.