Yeni il bayramı ilə əlaqədar əksər Avropa birjaları və ABŞ bazarlarında bazar ertəsi ticarət aparılmayacaq.

İndex.az xəbər verir ki, "Boxing Day" bayramı ilə əlaqədar dekabrın 25 və 26-da London birjasında ticarət olmayacaq.

25 və 26 dekabr tarixlərində Avropanın aparıcı bazarlarından biri olan "Eurex"də bütün bölmələr üzrə ticarət və klirinq həyata keçirilməyəcək.

"Euronext"ə bağlı olan Amsterdam, Brüssel, Dublin, Lissabon, Milan, Oslo, Paris, Afina, Madrid, Praqa, Varşava və Sürix birjaları da dekabrın 25-i və 26-da bağlı olacaq.

"Nyu-York Fond Birjası"nda (NYSE) və "Nasdaq"da isə yalnız dekabrın 25-i ticarət olmayacaq.

Skandinaviya birjaları Kopenhagen, Stokholm, Helsinki və İslandiya həm bu gün, həm də sabah bağlanacaq.