Avropa İttifaqının (Aİ) Ümumi Daxili Məhsul (ÜDM) həcmi 2011-ci ildən sonra yalnız "Covid-19" pandemiyası ilə əlaqədar 2020-ci ildə azalıb.

İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, 2011-ci ildə 11,32 trilyon avro olan ÜDM, 2022-ci ildə 15,90 trilyon avroya çatıb.

İndex.az Avropa iqtisadiyyatının illər üzrə artımını sizə təqdim edir:

2011: 11,32 trilyon avro

2012: 11,39 trilyon avro

2013: 11,51 trilyon avro

2014: 11,78 trilyon avro

2015: 12,21 trilyon avro

2016: 12,54 trilyon avro

2017: 13,07 trilyon avro

2018: 13,53 trilyon avro

2019: 14,09 trilyon avro

2020: 13,47 trilyon avro

2021: 14,64 trilyon avro

2022: 15,90 trilyon avro