Yeni Zelandiyanın Ehtiyat Bankı uçot dərəcələrini sabit saxladığı üçün Asiya-Sakit Okean bazarları ucuzlaşıb.
İndex.az xəbər verir ki, Yeni Zelandiyanın Ehtiyat Bankının qərarından sonra Avstraliyanın "S&P/ASX 200" indeksi 0,1% azaldığı halda, Yeni Zelandiyanın "S&P/NZX 50" indeksi 0,3% yüksəlib.
Yaponiyanın "Nikkei 225" indeksi 0,2%, "Topix" indeksi isə 0,3% ucuzlaşıb.
Cənubi Koreyanın "Kospi" indeksi 0,4%, "Kosdaq" indeksi isə 1,4% artıb.
Honkonqun "Hang Seng" indeksi 0,2%, "CSI 300" indeksi isə 0,2% ucuzlaşıb.
