“Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, ASB-nin aktivləri ilin əvvəlinə nəzərən 1.627 milyon manat artaraq 749.248 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 747.621 milyon manat təşkil edib.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib.
Onun nizamnamə kapitalı 109.380 milyon manatdır.
Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Gozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.
