ABŞ-ın texnologiya nəhəngləri arasında "Apple"in gəliri 2% artıb.

İndex.az xəbər verir ki, "Apple"in gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 119,6 milyard dollara çatıb.

Şirkətin ötən ilin eyni dövründə 117,1 milyard dollar gəliri var idi.

Şirkətin gəliri ilə bağlı bazar gözləntisi 118 milyard dollar olub.

Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışlar 13% azalıb.

"Apple"in xidmət gəlirləri 23,1 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

"Apple"in xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 33,9 milyard dollara çatıb.

Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə təxminən 30 milyard dollar olaraq qeydə alınıb.

Şirkətin səhm üzrə mənfəəti də sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib.