Çinin "Huawei" şirkətinin Çində telefon satışlarının artmasından sonra ABŞ-ın texnologiya şirkəti "Apple" bazarda liderliyini itirməyə başlayıb.
İndex.az xəbər verir ki, bazar araşdırmaçısı GfK, "iPhone" satışlarında ötən ilə nisbətən 6% azalma olduğunu açıqlayıb.
"Huawei"in "Mate 60" seriyası isə satışa çıxarıldığı ayda təxminən 1,5 milyon satış qeydə alınıb.
Bu da ötən ilə nəzərən iki dəfə daha çoxdur.
