"Apple" süni intellekt təlimlərinə hər gün milyonlarla dollar xərcləyir.
İndex.az xəbər verir ki, yayılan məlumata görə, şirkətin ən qabaqcıl dil modeli olan "Ajax" "ChatGPT"dən daha güclüdür.
"Apple"in süni intellekt üzərində işləyən bölməsinin təxminən 16 üzvü var. O cümlədən bir neçə keçmiş "Google" mühəndisi də bu işdə onlara kömək eidr.
Bu bölməyə "Apple"in 2018-ci ildə "Siri"nin inkişafına kömək etmək üçün işə götürdüyü Con Giannandrea rəhbərlik edir.
