"Apple"in baş direktoru Tim Kuk şirkətin süni intellektə böyük sərmayələr qoyduğunu və məhsuldar süni intellektə əsaslanan məhsulların inkişafı üzərində işlədiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Tim Kuk verdiyi açıqlamada bildirib ki, xüsusilə "iOS 17" kimi son məhsullarda "Şəxsi Səs" və "Canlı Səs" poçtu, eləcədə digər mühüm funksiyalar süni intellektə əsaslanır:
“Hərbiçilər üçün buraxılan saatlar vasitəsi ilə düşmənin aşkar olunması və onlarla toqquşmanın yerinin aşkarlanması, bununla yanaşı EKQ kimi həyat qurtaran tətbiqlər süni intellekt texnologiyasına əsaslanır”.
Kuk bildirib ki, bu yeni texnologiyalar zamanla məhsulun inkişafında mərkəzi rol oynayacaq.
