"Apple" 2024-cü ilin birinci maliyyə rübünü əhatə edən qazanc hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, paylaşılan hesabata görə, dünya üzrə aktiv "Apple" cihazlarının sayı rekord qırıb.

"Apple" CEO-su Tim Kuk bildirib ki, aktiv "Apple" cihazlarının sayı bütün dünya üzrə 2,2 milyardı ötüb.

Cari rəqəm, ÜApple"in aktiv cihazların sayının təxminən 10% artdığını göstərir.

Belə ki, şirkət 2023-cü ilin fevralında bütün dünyada aktiv cihazların sayının 2 milyarda çatdığını açıqlamışdı.

2022-ci ildə açıqlanan rəqəm 1,8 milyard idi.