Avropa Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvü Peter Kazimir AMB-nin faiz endirimi ilə bağlı suallara aydınlıq gətirib.

İndex.az xəbər verir ki, Kazimir açıqlamasında bildirib ki, AMB inflyasiya prosesinə mane olmamaq üçün erkən faiz endirimləri etməyəcək.

Kazimirin sözlərinə görə, uçot dərəcələrindəki ilk azalma cari ilin aprel ayında ola bilər.

Qeyd edək ki, AMB-nin sədri Kristin Laqarde bazarlarda aqressiv endirimin olmayacağını bildirib.