Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlik Şurasının üzvü Fransua Villeroy de Qalhau faiz endirimi gözləntiləri ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, AMB üzvü de Qalhau açıqlamasında erkən azalma risklərinə qarşı xəbərdarlıq edib.

"France Inter" radiosuna danışan Villeroy, səbirli olmağın lazım olduğunu vurğulayıb və erkən faiz endirimi olarsa, inflyasiyanın yenidən yüksəlmə riski ilə üzləşəcəklərini ifadə edib.

Bununla yanaşı Villeroy inflyasiyanın hazırda düzgün istiqamətdə getdiyini bildirib.