Avropa Mərkəzi Bankı (AMB) iyul ayı üçün korporativ və istehlak kreditlərində aylıq dəyişiklikləri açıqlayıb.

İndex.az xəbər verir ki, "Avrozona"da başda banklar olmaqla maliyyə qurumları tərəfindən şirkətlərə verilən kreditlərdə artım iyul ayında artan faizlər səbəbindən sürətini itirib.

Buna görə iyun ayında illik bazda 3% böyüyən təşkilat kreditləri, keçən ay 2,2% artdı.

İyun ayında 1,7% artan istehlak kreditləri, iyulda 1,3% artıb.