Almaniyada fabrik sifarişləri noyabr ayında proqnozlardan aşağı olub.
İndex.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatlarına görə, noyabr ayında fabrik sifarişləri 0,3% artmasına baxmayaraq gözləntiləri qarşılamayıb.
Qeyd edək ki, iqtisadçıların gözləntiləri 1,1%-lik artımın olacağı idi.
Oktyabr ayında sifarişlər 3,8 faiz azalıb.
Bu məlumatlar göstərir ki, Almaniyada istehsal sektoru zəif qlobal tələb və enerji böhranına görə geri qalmaqda davam edir.
