Almaniyada koalisiya hökuməti korporativ vergini azaldılması barədə razılığa gəlib.

İndex.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolzun rəhbərlik etdiyi koalisiya hökuməti korporativ vergilərin 6,5 milyard avro (7 milyard dollar) azaldılmasına qərar verib.

Digər tərəfdən, koalisiya 2025-ci ildən etibarən təxminən 2,4 milyard avro əlavə xərcləri əhatə edən əsas uşaq müavinəti ilə bağlı razılığa gəlib.

Ailə naziri Lisa Paus Maliyyə Naziri Kristian Lindnerin təklif etdiyi vergi endirimi paketini blokladıqdan sonra Şolz işə qarışmaq məcburiyyətində qaldı. Çünki Paus Lindnerin öncədən ayırdığı uşaq müavinətindən daha çox müavinət istəyirdi.