"Almaniya Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutu" (IAB) avqust ayı üzrə əmək bazarı barometrinin nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, IAB Almaniyada məşğulluq bazarı ilə bağlı gözləntilərin ardıcıl olaraq dördüncü ayda da azaldığını və 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü bildirib.

Belə ki, institutun əmək bazarı barometri avqustda 0,6 bənd azalaraq 100,5 bənd olub.

IAB-ın Avropa Əmək Bazarı Barometri avqustda 1 bənd azalaraq 99,7 bənd olub.

Maraqlıdır ki, barometr bu göstərici ilk dəfə neytral səviyyə olan 100 baldan aşağı düşüb.