Almaniyada ev qiymətləri kəskin şəkildə ucuzlaşıb.

İndex.az xəbər verir ki, Almaniyada bu ilin üçüncü rübündə ötən ilin eyni rübünə nisbətən ev qiymətləri 10,2% azalaraq 2000-ci ildən bəri ən kəskin enişi qeydə alıb.

Bu günə qədər ən böyük azalmalar 2023-cü ilin birinci rübündə 6,8% və 2023-cü ilin ikinci rübündə 9,6% ilə müşahidə olunub.

İlin ikinci rübü ilə müqayisədə ölkədə mənzil qiymətləri 1,4% ucuzlaşıb.

Maraqlıdır ki, qiymətlər 2022-ci ilin yazında pik həddə çatdıqdan sonra davamlı olaraq aşağı düşüb.