Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) Almaniya üçün 2024-cü ilə olan artım proqnozunu aşağı salır.

İndex.az xəbər verir ki, İfo bu il Almaniya iqtisadiyyatında 0,4% azalma gözlənildiyini bildirib.

Bununla yanaşı, inflyasiyanın 6%, işsizliyin isə 2,6 milyon nəfər olacağı təxmin edilir.

Qurum həmçinin 2024-cü il üçün artım proqnozunu 1,5%-dən 1,4%-ə endirib.