2018-ci ildən bəri ABŞ və Aİ iki tərəfin polad idxalına qarşılıqlı olaraq tətbiq etdiyi gömrük rüsumunu həll etmək üçün danışıqlar aparır.

İndex.az xəbər verir ki, imzalanacaq müqavilə ilə Tramp dövründə başlayan ticarət mübahisəsinin həlli və Çin poladının hədəfə alınması hədəflənir.

"Bloomberg"in hesabatına görə, rüsumlar ilk növbədə qeyri-bazar təcrübələrindən faydalanan Çindən idxala yönəldiləcək.

Tədbirlərin miqyası və vergilərin səviyyəsi, o cümlədən hədəf ola biləcək digər ölkələr hələ də müzakirə olunur.

Bu danışıqların gələcəkdə digər dövlətlərin də sazişə qoşulması üçün çərçivə təmin edəcəyi gözlənilir.