Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen sanksiyalar çərçivəsində dondurulan Rusiya aktivləri və ehtiyatlarından əldə edilən gəlirlərlə Ukraynaya hərbi texnika almağı təklif edib.

İndex.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin artıq üçüncü ilinə qədəm qoyduğunu bildirən von der Leyen Şimali Koreyanın sursat, İranın isə Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verdiyini xatırladıb:

"Qəzzada davam edən müharibə və Yaxın Şərqdə geniş yayılmış qeyri-sabitlik regionda və onun hüdudlarından kənarda təhlükəsizlik və münaqişə dövrünə işarə edir. Biz Avropa təhlükəsizlik arxitekturasının gələcəyi üzərində işləməyə başlamalıyıq”.

Von der Leyen müdafiə sənayesi və istehsal potensialının artırılması istiqamətində çox mühüm addımlar atdıqlarına diqqət çəkərək, 2025-ci ilin sonuna qədər Avropada sursat istehsalını iki qat artıracaqlarını və ildə 2 milyondan çox top mərmisi istehsal edəcəklərini ifadə edib.