Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün ayrılması təklifini qəbul edib.

İndex.az xəbər verir ki, Aİ-nin müvəqqəti prezidenti Belçikanın rəsmi sosial media hesabında etdiyi paylaşımda bildirib ki, Aİ ölkələrinin səfirləri Ukraynanın yenidən qurulmasına dəstək üçün dondurulmuş aktivlərdən əldə olunacaq gəlirlərdən istifadə etmək təklifi ilə bağlı prinsipial razılığa gəliblər.

Bu mərhələdən sonra hazırlanacaq sənəd rəsmi olaraq təsdiqlənəcək və hüquqi nəzarətdən keçdikdən sonra qüvvəyə minəcək.