Avropa İttifaqı (Aİ) üzv dövlətlərdən sanksiyalar çərçivəsində Rusiyaya girişi qadağan olunmuş məhsulların daşınmasının qarşısını almağı xahiş edib.

İndex.az xəbər verir ki, Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və Aİ Komissiyasının maliyyə xidmətlərindən məsul üzvü Meyrd MkQuinnes tərəfindən imzalanan məktubda Aİ ölkələrindən Rusiyaya qeyri-qanuni mal axınına təcili müdaxilə etmələri tələb edilib.

Məktubda, qadağan olunmuş məhsulların daşınmasının qarşısını almaq üçün bütün Aİ-yə üzv dövlətlərin təcili, birgə və qətiyyətli tədbirlər görməsinin vacibliyinə diqqət çəkilib.