Avropa İttifaqı (Aİ) Komissiyası alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələrinin kreditləri azaltması səbəbindən bu il "Avrozona"da iqtisadi artım gözləntisini 0,8%-ə endirib.
İndex.az xəbər verir ki, "İnflyasiyanın azalması ilə artımda gecikmiş bərpa" başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,5%, 2024-cü ildə 0,9%, 2025-ci ildə 1,7%, "Avrozona" iqtisadiyyatının isə 2023 və 2024-cü ildə 0,5% böyüməsi gözlənilir.
İqtisadçılar Aİ iqtisadiyyatının 2025-ci ildə 0,8%, "Avrozona" iqtisadiyyatının isə 2025-ci ildə isə 1,5% artacağı proqnozlaşdırırdı.
Aİ Komissiyasının əvvəlki “Payız” hesabatında Aİ-nin 2023-cü ildə 0,6%, 2024-cü ildə 1,3%, 2025-ci ildə 1,7%, "Avrozona"nın 2023-cü ildə 0,6%, 2024-cü ildə isə 0,6% olacağı proqnozlaşdırılırdı.
Son hesabatla Aİ və "Avrozona"nın artım proqnozları aşağıya doğru yenidən nəzərdən keçirilib.
Belə ki, "Avrozona"da bu il üçün artım proqnozu 1,2%-dən 0,8%-ə endirilib.
