Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen fermerlərin problemləri ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, ötən həftə Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi zamanı çıxış edən Von der Leyenin sözlərinə görə, fermerlərə daha çox maaş verilməli və onlar üçün təşviqedici təkliflər irəli sürülməlidir.
İqlim dəyişikliyinin təsirini ilk hiss edənlərin fermerlər olduğuna diqqət çəkən Von der Leyen, quraqlıq və daşqınların məhsula zərər verdiyini xatırladıb.
Rusiya-Ukrayna müharibəsinin təsirini fermerlərin də hiss etdiyinə diqqət çəkən von der Leyen, müharibənin inflyasiya, artan enerji və gübrə xərcləri kimi nəticələrinin olduğunu ifadə edib.
