2022-ci ildə Avropa İttifaqında (Aİ) uşaqların 24,7%-i yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.
İndex.az xəbər verir ki, ən yüksək göstəricilər 41,5% ilə Rumıniyada, 33,9% ilə Bolqarıstanda, 32,2%-lə İspaniyada, ən aşağı göstəricilər isə 10,3% ilə Sloveniyada, 13,4% ilə Çexiyada və 13,8% ilə Danimarkadadır.
Almaniyanın 24%lə Aİ ortalamasına yaxınlaşması, Fransanın isə 27,4%-lə orta göstəricini aşması diqqət çəkir.
