Ötən il ərzində "AFB Bank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

İndex.az xəbər verir ki, ötən il "AFB Bank"ın faiz gəlirləri 22.167 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 18.243 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 4.224 milyon manatlıq artımın olduğunu görərik.

"AFB Bank"ın faiz xərcləri isə 2023-cü il ərzində 2.106 milyon manat artaraq 4.989 milyon manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 2.883 milyon manat olmuşdur.

Xatırladaq ki, “AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.