"AFB Bank"ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "AFB Bank"ın aktivləri ilin əvvəlinə nəzərən 48.286 milyon manat artaraq 330.667 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 282.381 milyon manat təşkil edib.
Xatırladaq ki, "AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb.
Onun nizamnamə kapitalı 70.393 milyon manatdır.
Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.
