2023-cü il ərzində "AFB Bank"ın kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 180.050 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 170.854 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 9.196 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 2.927 milyon manat artaraq 22.006 milyon manat, biznes kreditləri 5.538 milyon manat azalaraq 96.225 milyon manat, daşınmaz əmlak kreditləri isə 11.718 milyon manat artaraq 61.818 milyon manat təşkil edib.
Beləliklə, "AFB Bank"ın kredit portfelinin 53%-dən çoxunu biznes kreditləri təşkil edir.
Xatırladaq ki, AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.
