2023-cü il ərzində “Accessbank”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 1.013.765 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 813.549 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 200.216 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 53.322 milyon manat artaraq 227.537 milyon manat, biznes kreditləri 146.028 milyon manat artaraq 780.045 milyon manat, daşınmaz əmlak kreditləri isə 866 min manat artaraq 6.183 milyon manat təşkil edib.

Beləliklə, “Accessbank”ın kredit portfelinin 76%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini “AccessBank” olaraq davam etdirməyə başlayıb. Onun nizamnamə kapitalı 270.107 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.