Ötən il ərzində "Accessbank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

İndex.az xəbər verir ki, ötən il "Accessbank"ın faiz gəlirləri 195.339 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 140.555 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 54.784 milyon manatlıq artımın olduğunu görərik.

"Accessbank"ın faiz xərcləri isə 2023-cü il ərzində 16.336 milyon manat artaraq 73.317 milyon manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 56.981 milyon manat olmuşdur.

Xatırladaq ki, “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini “AccessBank” olaraq davam etdirməyə başlayıb. Onun nizamnamə kapitalı 270.107 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.