"Accessbank"ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "Accessbank"ın aktivləri ilin əvvəlinə nəzərən 223.432 milyon manat artaraq 1.392.287 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 1.168.855 milyon manat təşkil edib.
Xatırladaq ki, “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb.
8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini “AccessBank” olaraq davam etdirməyə başlayıb.
Onun nizamnamə kapitalı 270.107 milyon manatdır.
Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.
