2023-cü il ərzində "Accessbank"ın depozit portfeli artıb.

İndex.az xəbər verir ki, ötən il ərzində "Accessbank"ın depozit portfeli 191.521 milyon manat artaraq 1.051.575 milyon manata yüksəlib.

İlin əvvəlində bu göstərici 860.054 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 123.453 milyon manat artaraq 842.466 milyon manata yüksəlib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 141.041 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 68.068 milyon manat azalaraq 209.109 milyon manat olub.

Xatırladaq ki, “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini “AccessBank” olaraq davam etdirməyə başlayıb. Onun nizamnamə kapitalı 270.107 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.