ABŞ "Nvidia" çiplərinin bəzi Yaxın Şərq ölkələrinə ixracını məhdudlaşdırır.

İndex.az xəbər verir ki, ABŞ administrasiyası "Nvidia"nın bəzi süni intellekt çiplərinin Çinə və Yaxın Şərqin bəzi ölkələrinə ixracına qoyulan məhdudiyyəti uzadıb.

Dünyanın ən böyük çip istehsalçılarından biri olan "Nvidia", 30 iyun 2023-cü ildə bitən rüb üçün sənədlərini ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edib.

Dosyedə qeyd edilir ki, şirkət ABŞ administrasiyası tərəfindən A100 və H100 çiplərinin müəyyən müştərilərə və digər regionlara, o cümlədən Yaxın Şərqdəki bəzi ölkələrə ixracı üçün əlavə lisenziya tələbi barədə məlumatlandırılıb.

"Nvidia" tərəfindən təqdim edilən sənəddə süni intellekt çipləri üçün ixrac məhdudiyyətinin Yaxın Şərqin hansı ölkələrinə təsir etdiyi göstərilməyib.