ABŞ-da daşınmaz əmlak sektoru yenidən bərpa olmağa başlayıb.

İndex.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin məlumatlarına görə, aprel ayında mənzil tələbi 2,2% artaraq 1,42 milyona çatıb.

İqtisadçıların proqnozu tələbin 1,4% azalacağı idi.

Mənzil sektoru yüksək inflyasiyanı cilovlamaq üçün 1980-ci illərdən bəri FED-in sərtləşdirmə siyasəti ilə məhdudlaşdırılırdı.

FED rəsmiləri son iclasda gələn aydan etibarən sərtləşdirmə dövriyyəsini dayandıra biləklərinə dair məlumat vermişdilər.