ABŞ-ın investisiya bankları "JPMorgan Chase", "Citigroup" və "Wells Fargo" ilin ikinci rübü üçün büdcə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "JPMorgan Chase" və "Wells Fargo"nun xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə artarkən, "Citigroup"un mənfəəti isə azalıb.

"JPMorgan Chase" tərəfindən edilən açıqlamaya görə, ilin ikinci rübündə bankın xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 67% artaraq 14,5 milyard dollara çatıb.

"JPMorgan Chase" 2022-ci ilin ikinci rübündə 8,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin səhm üzrə qazancı da bu ilin ikinci rübündə 4,75 dollara yüksəlib. Ötən ilin eyni dövründə bankın bir səhm üzrə mənfəəti 2,76 dollar olub.

"JPMorgan Chase"in ikinci rübdə gəliri də illik müqayisədə 34% artaraq 41,3 milyard dollara çatıb.

Bank 2022-ci ilin eyni dövründə 30,7 milyard dollar gəlir əldə edib.