ABŞ fond bazarlarında rekord səviyyələr qeydə alınır.
İndex.az xəbər verir ki, bununla yanaşı, fyuçers əməliyyatlarında artımın davam edəcəyinə dair siqnallar gəlməkdə davam edir.
Bu xəbərlər isə qlobal bazarlara öz təsirini göstərir.
Asiya bazarlarına nəzər salsaq Yaponiya bazarlarının yüksəldiyini görərik.
Yaponiya Bankının (BOJ) Başçısı Kazuo Uedanın açıqlamalarından sonra yapon yeni dəyər qazanıb, Nikkei 225 indeksi isə ucuzlaşıb.
Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyasının kapital bazarının sabit fəaliyyətini saxlamaq və bazar inamını sabitləşdirmək üçün hər cür səy göstərəcəyini vəd etməsi Honq Konq Birjasının yüksəlməsinə zəmin yaradıb.
"Alibaba" səhmləri şirkətin qurucularının yeni səhmlər almasından sonra 8% yüksəlib.
Çinin "CSI 300" indeksi isə ucuzlaşıb.
ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,11%-lə bir qədər aşağı enib.
