ABŞ azlıqları işləməyə məcbur etdikləri səbəbilə daha iki Çin şirkətini qadağa siyahısına salıb.

İndex.az xəbər verir ki, məcburi əməkdən istifadə etdiyinə görə ümumilikdə 24 şirkətin ABŞ-a girişi qadağan edilib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti Çinin batareya istehsalçısı "Camel Group" və "Chenguang Biotechnology Group" şirkətlərinin uyğur türkləri də daxil olmaqla, azlıqları işləməyə məcbur etdiklərini əsas gətirərək ölkəyə girişini qadağan edib.