Türkiyənin İzmir şəhərinin sahillərində 62 qanunsuz miqrant saxlanılıb.
İndex.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, qurum Çeşmə yaxınlığında rezin qayıqda olan bir qrup qanunsuz miqrant haqqında məlumat aldıqdan sonra əraziyə sahil mühafizəsi xidmətinin qayığı göndərilib.
Qayıq xidmətin əməkdaşları tərəfindən saxlanılıb və 3-ü uşaq olmaqla 44 qanunsuz miqrant aşkarlanıb.
Xidmət daha sonra eyni ərazidə qanunsuz miqrantları daşıyan başqa rezin qayığın mühərrikinin sıradan çıxması və yardım istəməsi barədə məlumat alıb. Əraziyə sahil mühafizəsi xidmətinin qayığı göndərilib. Xidmətin əməkdaşları qayıqda köməksiz qalan 18 qanunsuz miqrantı xilas ediblər.
Onlar Vilayətin Miqrasiya İdarəsinə təhvil veriliblər.
