"Miçiqan Universiteti", Amerika istehlakçılarının tendensiyalarına uyğun olaraq hazırlanan iyul ayı üçün "İstehlakçı Güvən İndeksi" üzrə aparıcı məlumatları açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ-ın "Miçiqan Universiteti" tərəfindən ölçülən "İstehlakçı Güvən İndeksi" iyul ayında aylıq bazda 8,2 bənd artaraq 72,6-ya yüksəlib və 2021-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Bazar gözləntilərini üstələyən "İstehlakçı Güvən İndeksinin bu dövrdə 65,5-ə çatacağı gözlənilirdi.
