ABŞ-da daha əvvəl 2,4% olaraq açıqlanan ikinci rüb üzrə artım aşağıya doğru yenidən nəzərdən keçirilib.
İndex.az xəbər verir ki, Ticarət Departamentinin məlumatlarına görə, ABŞ iqtisadiyyatı aprel-iyun aylarında şirkət investisiyalarının azalması səbəbindən 2,1% artaraq, gözləntilərin altında qalıb.
Artım daha əvvəl 2,4% olaraq açıqlanmışdı.
ABŞ iqtisadiyyatının əsas mühərriki olan ev təsərrüfatlarının xərcləri isə 1,7%-ə yüksəldilib.
