Milli Rieltorlar Assosiasiyası aprel ayı üçün ikinci əl ev satış məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ-da ikinci əl ev satışları aprel ayında bir aya görə 3,4% azalaraq, gözləntilərdən aşağı düşüb.
Buna görə ölkədə ikinci əl ev satışları aprel ayında 4,28 milyon olub.
İkinci əl ev satışlarının 4,3 milyon olacağı gözlənilirdi.
ABŞ-da ikinci əl bazarında orta ev qiymətləri də aprel ayında ötən illə müqayisədə 1,7% azalaraq 388 min 800 dollara düşüb.
