ABŞ-da Milli Rieltorlar Assosiasiyası (NAR) yanvar ayı üçün gözlənilən ev satış məlumatlarını açıqlayıb.
İndex.az xəbr verir ki, yanvar ayında ABŞ-da ev satışlarında 4,9% ilə son 5 ayın ən böyük azalması müşahidə edilib.
İqtisadçılar tərəfindən satışların 1,4% artacağı gözlənilirdi.
Müqavilə imzalanmasına əsaslanan ev satışlarının perspektiv göstəricisi olan gözlənilən ev satışları indeksi isə dekabr ayında aylıq bazda 5,7% artıb.
