Çinli elektromobil istehsalçıları sürətlə artdığına görə ölkələr öz markalarını qorumaq istəyirlər.
İndex.az xəbər verir ki, bu çərçivədə ABŞ Çin elektromobillərinə əlavə gömrük rüsumları tətbiq edəcək.
WSJ və "Reuters"in yaydığı məlumata görə, ABŞ administrasiyası bəzi Çin mallarına, o cümlədən elektrikli nəqliyyat vasitələrinə gömrük rüsumlarının artırılmasını müzakirə edir.
Keçmiş prezident Donald Trampın dövründən başlayaraq Çin mənşəli avtomobillərə hazırda 25% vergi tətbiq edilir.
ABŞ həmçinin Çin istehsalçılarının subsidiyalardan yararlanmasının qarşısını alır.
Ona görə də əlavə verginin təsiri gözlənilən qədər yüksək olmaya bilər.
