2023-cü il ərzində "Azərbaycan Beynəlxaıq Bankının (ABB) kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 5.048.772 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 3.530.582 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 1.518.189 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 1.370.120 milyon manat, biznes kreditlərinin payı 2.504.615 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 1.174.036 milyon manat təşkil edib.
Beləliklə, ABB-nin kredit portfelinin 49%-dən çoxunu biznes kreditləri təşkil edir.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.
