"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) aktivləri 2023-cü il ərzində azalıb.

İndex.az xəbər verir ki, ABB-nin aktivləri ilin əvvəlinə nəzərən 370.644 milyon manat azalaraq 13.668.242 milyon manata enib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 14.038.886 milyon manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 1.225.647 milyon manatdır.

Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.