Ötən il ərzində "Xalq Bank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Xalq Bank"ın faiz gəlirləri 161.633 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 115.362 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 46.271 milyon manatlıq artımın olduğunu görərik.
"Xalq Bank"ın faiz xərcləri isə 2023-cü il ərzində 11.514 milyon manat artaraq 34.127 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 22.613 milyon manat olmuşdur.
Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 476.949 milyon manatdır. Bankın səhmlərinin 50,00%-i “İdeal Business Ko” MMC-yə, 33,85%-i “EuroStandard” MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.
