Qlobal iqtisadiyyatlardakı durğunluq, süni intellekt texnologiyaları sayəsində şirkətlərin qurduğu xərclərin azaldılması və yenidən qurulması planları insanların texnologiya sənayesindən kənarlaşmasına səbəb olur.

İndex.az xəbər verir ki, qlobal texnologiya sektoru ilin əvvəlindən bu yana 244 min 342 işçi itirib.

İl hələ bitməsə də, “Meta”, “Amazon”, “LinkedIn”, “Google”, “Salesforce”, IBM, “Microsoft”, “PayPal”, “Intel”, “eBay”, “Zoom” kimi nəhəng texnologiya şirkətləri, eləcə də bir çox orta şirkətlər bu ili kütləvi ixtisarlarla keçirib.