2023-cü ildə dünyanın ən çox ziyarət edilən şəhəri, Banqkok olub.
İndex.az xəbər verir ki, "World of Statistics"in araşdırmasına görə, Taylandın paytaxtı Banqkoku 22,78 milyon turist ziyarət edib.
İndex.az 2023-cü ildə dünyanın ən çox ziyarət edilən şəhərlərini sizə təqdim edir:
1. Banqkok: 22,78 milyon beynəlxalq ziyarətçi
2. Paris: 19,10 milyon
3. London: 19,09 milyon
4. Dubay: 15,93 milyon
5. Sinqapur: 14,67 milyon
6. Kuala Lumpur: 13,79 milyon
7. Nyu York: 13,60 milyon
8. İstanbul: 13,40 milyon
9. Tokio: 12,93 milyon
10. Antalya: 12,41 milyon
